...

Bakıda ticarət dövriyyəsinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 4 Aprel 2022 20:56 (UTC +04:00)
Bakıda ticarət dövriyyəsinin həcmi açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-fevral aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 5,5 faiz artaraq 3 milyard 989,1 milyon manat olub.

Trend-in məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz artaraq 2 milyard 052,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 9,2 faiz artaraq 1 milyard 936,4 milyon manata bərabər olub.

İstehlak məhsullarının 36,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti