Bakı. Trend:
Azərbaycanda kənd təsərrüfatı məhsulları üzrə elektron məlumat bazası yaradılır.
Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə kənd təsərrüfatının rəqəmsallaşdırılması üzrə beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, bu platforma kənd təsərrüfatı məhsulları ilə bağlı məlumatların toplanmasını, qiymətinin bu sahədə dinamikanın izlənməsini nəzərdə tutur.
"Bu günədək bazaya dörd minə yaxın fermer inteqrasiya olunub. Bu layihənin hazırlanması fermer və sahibkarlar tərəfindən kənd təsərrüfatı fəaliyyətinin səmərəliliyi və şəffaflığının təmin olunmasına imkan verir", - deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)