...

Yaşıl texnologiyalar davamlı ərzaq təhlükəsizliyi üçün əsas prinsiplərdəndir - Nazir

İqtisadiyyat Materials 6 May 2022 17:47 (UTC +04:00)
Yaşıl texnologiyalar davamlı ərzaq təhlükəsizliyi üçün əsas prinsiplərdəndir - Nazir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Yaşıl texnologiya, rəqəmsallaşma və ədalətli bazar münasibətləri davamlı ərzaq təhlükəsizliyi və dayanıqlı kənd təsərrüfatı qurmaq üçün gündəliyimizdəki əsas prinsiplərdir.

Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov FAO-nun dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunmuş kənd təsərrüfatının rəqəmsallaşdırılması üzrə beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, 2015-2020-ci illərdə kənd təsərrüfatı məhsulları istehsalında 22,3 faiz artım əldə olunub.

"Rəqəmsal və innovativ yanaşmalar bu uğurun əsasını təşkil edir", - deyə nazir bildirib.

O qeyd edib ki, investisiyaların əsas hissəsi rəqəmsal və ağıllı kənd təsərrüfatının transformasiyasına gedir.

"Hökumət, həmçinin, öz siyasətini rəqəmsal kənd təsərrüfatı transformasiyasının əsas və təminedici şərtlərinə cavab vermək üçün uyğunlaşdırır. Fermerlərin rəqəmsal bacarıqları və savadlılığının inkişafı bizim üçün prioritet olaraq qalır və gündəlik işimizin ayrılmaz hissəsidir. Əsas dövlət dəstəyi mexanizmlərimiz müasir əkinçilik və bağçılıq texnologiyalarının tətbiqi üçün innovasiya tərəfdaşlarının stimullaşdırılmasına da yönəlmişdir. Rəqəmsal texnologiyalar investisiya və bacarıqların mövcudluğuna ehtiyac duyur. Fermerləri rəqəmsal texnologiyalardan istifadə etməyə təşviq etməklə yanaşı, biz onların maliyyə resurslarına və təlim xidmətlərinə çıxışını təmin edirik", - İ.Kərimov deyib.

Nazir əlavə edib ki, Azərbaycanda elektron kənd təsərrüfatı sistemi mütərəqqi şəkildə tətbiq edilir.

"Sistem tədricən elektron hökumət şəbəkəsinə inteqrasiya olunmuşdur. Beş yüz mindən çox fermer bu platforma vasitəsilə bütün kənd təsərrüfatı xidmətlərinə rəqəmsal çıxışın olması və dövlət güzəştlərindən faydalanır. Bundan əlavə, istifadəyə verilmiş Rəqəmsal Xidmət Sistemi şəbəkəsi məlumatlara əsaslanan qərar qəbul etmə və proqnozlaşdırma siyasətini asanlaşdırır. Bizim inkişaf siyasətimiz həm də şəhər və kənd yerlərində rəqəmsal fərqi azaltmağa yönəlib", - nazir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti