Bakı. Trend:
Türkmənistan TRACECA-ya qoşulmaqda maraqlıdır.
Bunu Trend-ə TRACECA-nın Hökumətlərarası Komissiyası Daimi katibliyinin daimi nümayəndəsi (milli katib) Rüfət Bayramov deyib.
Onun sözlərinə görə, bu gün Türkmənistan tərəfi TRACECA-ya qoşulma məsələlərini ciddi şəkildə nəzərdən keçirir.
"Hesab edirəm ki, Türkmənistanın TRACECA-ya qoşulması nəqliyyat dəhlizinin, ölkənin özünün və Türkmənistanla Avropa arasında ən mühüm halqa kimi Azərbaycanın inkişafına müsbət təsir göstərəcək", - deyə R.Bayramov bildirib.
Bundan əlavə, milli katib bildirib ki, hər hansı bir ölkənin TRACECA-ya qoşulması müddəti bütün iştirakçı dövlətlər tərəfindən təsdiqlənərsə, təxminən 2-3 ay çəkir.