...

Nazirlər Kabinetində Azərbaycanın tranzit imkanlarının genişləndirilməsinə dair məsələlər müzakirə olunub (FOTO)

İqtisadiyyat Materials 10 İyun 2022 11:03 (UTC +04:00)
Nazirlər Kabinetində Azərbaycanın tranzit imkanlarının genişləndirilməsinə dair məsələlər müzakirə olunub (FOTO)

Bakı. Trend:

İyunun 09-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Azərbaycanın mövcud tranzit imkanlarının inkişafına dair iclas keçirilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, iclasda sahə üzrə məsul şəxslər, müvafiq nazirliklərin və dövlət şirkətlərinin rəhbərləri iştirak ediblər.

İclas zamanı beynəlxalq yükdaşımalar sahəsində mövcud vəziyyət və proqnozlar təhlil edilib, Azərbaycanın bütün yük kateqoriyaları üzrə buraxıcılıq imkanlarını genişləndirmək üçün hüquqi, administrativ və texniki məsələlər, habelə yükdaşımalar sahəsində iqtisadi səmərəliliyin artırılmasına dair müzakirə aparılıb.

Müvafiq qurumlara konkret tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti