...

Pensiyaların maliyyələşdirilməsi üçün ayrılan vəsait artırılır

İqtisadiyyat Materials 20 İyun 2022 12:23 (UTC +04:00)
Pensiyaların maliyyələşdirilməsi üçün ayrılan vəsait artırılır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin dürüstləşdirilmiş büdcə layihəsində pensiyaların maliyyələşdirilməsi üçün ayrılan vəsaitin məbləği 2022-ci ildə təsdiqlənmiş büdcəsinin göstəriciləri ilə müqayisədə 6 %, 2021-ci ilin büdcəsi ilə müqsyisədə isə 15 % artımla nəzərə alınıb.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı deyib.

Nazir müavini qeyd edib ki, Prezidentin fərman və sərəncamları ilə ümumi şərtlərlə pensiya alan 1,1 milyon pensiyaçının ödənişləri indeksasiya olunub, əlavə olaraq 200 manat məbləğində maddi yardım müəyyən edilib: “Xüsusi şərtlərlə pensiya alan pensiyaçıların ödənişləri isə 10 % indeksasiya olunub. Bu sosial dəstək tədbirlərinin ümumi maliyyə tutumu 440 milyon manat məbləğindədir.

O bildirib ki, fərdi uçot və pensiya sistemində aparılan sağlamlaşdırma tədbirləri, habelə məhkəmə çəkişmələrində nəzarətin gücləndirilməsi nəticəsində mənimsənilməsinin qarşısı alınmış vəsaitin həcmi indeksasiya əmsalları tətbiq edilmədən 711 milyon manat, indeksasiya tətbiq edilməklə 790 milyon manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti