...

Xarici ticarət dövriyyəsi 74 faizdən çox artıb - Nazir

İqtisadiyyat Materials 24 İyun 2022 12:03 (UTC +04:00)
Xarici ticarət dövriyyəsi 74 faizdən çox artıb - Nazir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin ilk beş ayında xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 74 faizdən çox artıb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"Bu ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 74,1% artaraq 20,57 mlrd. dollar, ixrac isə 2,1 dəfə artaraq 15,42 mlrd. dollar olub.

İxracın artması daha çox istehsal, investisiya və məşğulluq deməkdir", - nazir yazıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti