Bakı. Trend:
Profisitli tədiyyə balansı şəraitində strateji valyuta ehtiyatlarının artması davam edir.
Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Taleh Kazimov mətbuat konfransında deyib.
Sədr bildirib ki, Brent markalı neftin orta qiyməti 2022-ci ilin 1-ci yarımilliyində 105.4 dollar səviyyəsində olub:
"Xarici ticarət göstəricilərinin yaxşılaşması ilə yanaşı ölkəyə daxil olan pul baratlarının da artırılmasını biz müşahidə edirik. Bu da sözsüz ki tədiyyə balansının profisitinin artırılmasına səbəb olur. Əsas ticarət tərəfdaşlarının da pul siyasətlərinin sərtləşdirilməsinin idxal inflyasiyasına azaldıcı təsir göstərə biləcəyini müşahidə edirik.
Profisitli tədiyyə balansı şəraitində strateji valyuta
ehtiyatlarının artması davam edir. Bu da orta və uzunmüddətli
perspektivdə valyuta bazarının tarazlığı üçün zəmin yaradır.
2022-ci ilin 6 ayında strateji valyuta ehtiyatları 1.8 faiz artaraq
54.2 milyard dollara yükdəlmişdir. Xarici sektor göstəricilərinin
yaxşılaşması valyuta bazarında təklif kanallarını genişləndirir ki,
bu da Mərkəzi Bankda təşkil olunan valyuta hərraclarında tələbin
azalmasına səbə olur. Belə ki, iyunda hərraclara çıxarılan ümumi
valyuta təklifi tələbi 2 dəfə üstələyib. İyunda nağd valyuta
bazarında banklar tərəfindən xarici valyutanın alışı satışı
üstələyib. İyunda banklar tərəfinfən xarici valyuta alışının
məbləği son 7 ilin maksimumu olmaqla 109 milyon ABŞ dolları təşkil
edib", - T.Kazımov deyib.