...

Azərbaycanın strateji valyuta ehtiyatları 55 milyard dolları ötüb

İqtisadiyyat Materials 28 Oktyabr 2022 11:35 (UTC +04:00)
Azərbaycanın strateji valyuta ehtiyatları 55 milyard dolları ötüb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatları 3,5 faiz artaraq 55,1 milyard dollar təşkil edib.

Trend-in məlumatına görə, bunu cümə günü Azərbaycan Mərkəzi Bankı İdarə heyətinin sədri Taleh Kazımov mətbuat konfransında deyib.

"Yanvar-sentyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları da 8,4 faiz artaraq 7,7 milyard dollara çatıb", - deyə o bildirib.

Qeyd edək ki, oktyabrın 28-də Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8%-ə qaldırılıb. Faiz dəhlizinin aşağı həddi 1 faiz artırılaraq 5%-ə qaldırılıb, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti