Bakı. Trend:
Azərbaycanın aqrar sektorunda biznes informasiya sisteminin yaradılması layihəsinin həyata keçirilməsi qeyri-neft sənayesinin inkişafına töhfə verir.
Trend xəbər verir ki, bunu çərşənbə axşamı Avropa İttifaqının Əməkdaşlıq Departamentinin rəhbəri Viktor Giner "Kənd yerlərində biznes-informasiya sisteminin yaradılmasına dəstək" adlı tədbir zamanı deyib.
Onun sözlərinə görə, bu informasiya sistemi Azərbaycanın aqrar sektorunda şəffaflığı artıracaq.
"Aİ ilə Azərbaycan arasında birgə layihələrin həyata keçirilməsi kənd təsərrüfatına investisiyaların həcmini artıracaq", - deyə Giner əlavə edib.