...

Norm ASC-nin Baş icraçı direktoru tələbələrlə görüşüb (FOTO)

İqtisadiyyat Materials 16 Dekabr 2022 10:31 (UTC +04:00)
Norm ASC-nin Baş icraçı direktoru tələbələrlə görüşüb (FOTO)

Bakı. Trend:

Norm ASC-nin Baş icraçı direktoru Henning Sasse Bakı Mühəndislik Universitetinin tələbələrinə “Sement sənayesində hava və karbon (CO2) emissiyasının azaldılması” mövzusunda master-klas keçib. Master-klasın əvvəlində tələbələrə Norm Sement zavodu haqda məlumat verən cənab Sasse daha sonra zavodda xammalın üyüdülməsi, klinker istehsalı, sementin tərkibi, Norm sement məhsullarının istehsalı prosesi barədə danışıb.

Master-klasda sement sənayesində hava emissiyaları, karbon (CO2) emissiyasının azaldılması və sementin karbonsuzlaşdırılmasının əhəmiyyəti tələbələrin diqqətinə çatdırılıb. Tələbələr təqdimat vasitəsilə sement istehsalı zamanı atmosferə zərərli tullantıların atılmasının qarşısının alınması üçün Norm Sement zavodunda quraşdırılan avadanlıqlar, tətbiq olunan müasir texnologiyalar və istehsal prosesinin optimallaşdırılmasına dair məlumatlarla tanış olublar. Baş icraçı direktor təqdimatında ekoloji həllərin izahına geniş yer verib və Norm Sement zavodunda bununla bağlı atılan addımlardan danışıb. Master-klasın sonunda o, tələbələrin mövzu ilə bağlı suallarına cavab verib.

Bu cür tədbirlərin təşkili Norm ASC ilə Bakı Mühəndislik Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında memoranduma əsaslanır.

Qeyd edək ki, Norm ASC təhsilə və elmi-texniki inkişafa dəstək və sənaye sahəsində ixtisaslaşmış insan resurslarının formalaşdırılmasına töhfə vermək məqsədilə bir sıra universitetlərlə əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti