...

Marka sədaqəti dəyişmədi – Sirab yenə birincidir

İqtisadiyyat Materials 23 Dekabr 2022 15:17 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın qablaşdırılmış içməli su bazarında əhaliyə təqdim edilən bir neçə su markası mövcuddur. Onların alıcılıq qabiliyyəti və rəqabət payı üzrə “ERA Marketing Center” tərəfindən yeni bir araşdırma aparılıb.

Ardıcıl ikinci ildir təşkil olunan bu araşdırmada əhali arasında sorğu keçirilərək yüksək tələbatlı su markalarının siyahısı hazırlanıb. Maraq üçün qeyd edək ki, suallar beynəlxalq standartlara uyğun verilir və sorğu əhatə dairəsinə görə bütün bölgələri əhatə edir.

Builki sorğuda iştirak edən respondentlərin rəyinə əsasən, aşağıda qeyd olunan 5 göstəricinin ümumi ortalaması üzrə "Sirab" markası digər markalar ilə müqayisədə daha üstün göstəriciyə sahib olub.

Həmin göstəricilər aşağıdakılardır:

Ölkənin sevimli su markası aşağıdakı 5 fərqli indeksə görə hesablanmışdır.

1.Real dəstəkçi göstəricisi (Loallıq –NPS)

2. Məmnuniyyət indeksi (CSAT)

3. Ümumi təəssürat

4. Keyfiyyət qavranışı

5. Qiymət –keyfiyyət balansı/marka dəyəri qavranışı

Məlumat üçün bildirək ki, analoji sorğu keçən il də 1200 respondent ilə aparılmış və “Sirab” Azərbaycanın sevilən suyu seçilmişdi.

"Sirab" Azərbaycanda sevilən milli su brendidir. Hazırda beynəlxalq qida bazarında 15-ə yaxın ölkəyə ixrac edilən “Sirab” ikinci dəfə ölkə daxilində liderliyini qoruyub.

Sujet -https://youtu.be/W7t3CyF1k2c

Xəbər lenti

Xəbər lenti