...

Qarabağda 43 yaşayış məntəqəsinin ərazi planlaşdırılması sənədləri hazırlanır

İqtisadiyyat Materials 24 Dekabr 2022 13:11 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı ilkin mərhələdə bərpa olunacaq 100 yaşayış məntəqəsindən (8 şəhər, 8 qəsəbə və 84 kənd) 7 şəhər və 36 qəsəbə və kənd olmaqla – ümumilikdə 43 yaşayış məntəqəsinin ərazi planlaşdırılması sənədləri hazırlanmaqdadır.

Trend-in məlumatına görə, bunu bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yeni Azərbaycan partiyası tərəfindən təşkil olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr edilmiş “Böyük qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransda deyib.

O qeyd edib ki, həmin kəndlərdən üçünün – Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin cənab Prezident tərəfindən 04 oktyabr 2022-ci il tarixində təməli qoyulub.

"Qalan 57 yaşayış məntəqəsi üzrə isə 2023-cü ildə 38 yaşayış məntəqəsinin, o cümlədən Laçın şəhərinin, eləcə də 37 qəsəbə və kəndin, 2024-cü ildə isə 19 yaşayış məntəqəsinin layihələndirilməsi, ikinci mərhələdə bərpası nəzərdə tutulan yaşayış məntəqələrindən isə 37 ədədinin 2025-26-cı illərdə layihələndirilməsi planlaşdırılır", - deyə A.Quliyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti