Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “STARLINK AZERBAIJAN” MMC-ni dövlət qeydiyyatına alıb.
Trend-in məlumatına görə, şirkət Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi 15 ünvanında qeydiyyatdan keçib.
Şirkətin 100 dollarlıq nizamnamə kapitalı var və "Starlink SpaceX"in Biznes Əməliyyatları üzrə baş direktoru Loren Eşli Dreyer şirkətin qanuni təmsilçisi təyin edilib.
Qeyd edək ki, "Starlink" yüksək sürətli genişzolaqlı peyk internetə çıxışı təmin etmək üçün "SpaceX" tərəfindən idarə edilən qlobal peyk sistemidir.