...

PAŞA Holding Mandarin Oriental Bodrum Hotel-in 50%-lik səhmdarı oldu

İqtisadiyyat Materials 13 Yanvar 2023 15:00 (UTC +04:00)
PAŞA Holding Mandarin Oriental Bodrum Hotel-in 50%-lik səhmdarı oldu
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

PAŞA Holding Türkiyədə Mandarin Oriental lüks otellər şəbəkəsi tərəfindən idarə olunan və ASTAŞ Holdinqə daxil olan Mandarin Oriental Bodrum Hotel-in 50%-lik səhmdarı oldu.

Bu barədə Trend-in sorğusuna cavab olaraq PAŞA Holdingdən məlumat verilib.

2014-cü ildə ASTAŞ Holdinq tərəfindən Bodruma gətirilən Mandarin Oriental Bodrum 132 yerləşdirmə vahidi ilə Beynəlxalq Otel Mükafatları tərəfindən Avropanın ən yaxşı lüks oteli mükafata layiq görülüb.

“Qrupumuzun uzunmüddətli investisiya strategiyalarında Türkiyənin əhəmiyyətli yeri var” - PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımov bildirib. Eyni zamanda, Cəlal Qasımov bir çox sahələrdə olduğu kimi turizm sahəsində də əhəmiyyətli potensialın olduğunu və bu sahədə mühim layihələr edən, bununla da ölkə turizminə və iqtisadiyyatına mühim töhfələr verən Astaş Holdinq kimi bir qrupla tərəfdaşlıq etməkdən məmnun olduğunu qeyd edib.

“PAŞA Holding Türkiyədə sərmayələri olan geniş perspektivli, möhkəm əsaslı qrupdur. İnanıram ki, brendlərimizə yaraşan bu mühüm tərəfdaşlıq ilə yaranacaq sinerji çox daha uğurlu və nümunəvi bizneslərə və yeni əməkdaşlıqlara səbəb olacaq” - ASTAŞ Holdinqin İdarə Heyətinin sədri Vedat AŞCI bu mühüm əməkdaşlıqla bağlı bildirib.

Qeyd edək ki, PAŞA Holding hazırda Azərbaycan, Türkiyə, Gürcüstan və Monteneqro bazarlarında faəliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti