...

Azərbaycanda qeydə alınmış startap layihələrinin sayı açıqlanıb

İqtisadiyyat Materials 16 Yanvar 2023 12:38 (UTC +04:00)
Azərbaycanda qeydə alınmış startap layihələrinin sayı açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda indiyədək 144 startap layihəsi qeydə alınıb.

Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu günə kimi ölkədə startapları dəstəkləmək üçün bir sıra akselerasiya və inkubasiya mərkəzləri yaradılıb.

"2022-ci ildə "Azexport" portalı vasitəsilə 470 milyon dollar, "bir pəncərə" platforması vasitəsilə isə 270 milyon dollar dəyərində məhsul ixrac edilib. Azərbaycan məhsullarının (qiymətli metallar, süd məhsulları, içkilər) ixrac edildiyi əsas ölkələr İsveç, Rusiya, Gürcüstan, Türkiyə və Qazaxıstan olub”, - deyə o bildirib.

V.Qasımlı vurğulayıb ki, indiyədək sahibkarlara azad ticarət üçün 633 sertifikat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti