Bakı. Trend:
2022-ci ildə Azərbaycanda 133,8 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 4,6 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 9,1 faiz artıb.
ÜDM istehsalının 51,1 faizi sənaye, 8,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,8 faizi tikinti, 1,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,4 faizi informasiya və rabitə sahələrinin, 14,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,4 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 13292,2 manata bərabər olub.