Bakı. Trend:
2022-ci ildə Ağdam sənaye parkında 12 sahibkarlıq subyektinə rezident statusu, 3 sahibkara isə qeyri-rezident statusu verilib.
Trend-in məlumatına görə, bu barədə bu gün İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədri Elşad Nuriyev 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, rezidentlər sənaye parkına 66 milyon manatdan çox investisiya qoyacaq və 800-dən çox iş yeri açacaq. Sənaye parkındakı ilk müəssisələr 2023-cü ilin sonlarında işə başlamalıdır.
Xatırladaq ki, 2022-ci ildə 28 sahibkarlıq subyekti sənaye zonalarında rezident statusu alıb (bunlardan ikisi Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunu alıb), ümumilikdə bu günədək 116 sahibkarlıq subyekti rezident statusu alıb.