...

Cənub Qaz Dəhlizi özünün strateji əhəmiyyətini doğrultdu - Rumıniyalı naziri

İqtisadiyyat Materials 3 Fevral 2023 12:35 (UTC +04:00)
Cənub Qaz Dəhlizi özünün strateji əhəmiyyətini doğrultdu - Rumıniyalı naziri

Bakı. Trend:

Cənub Qaz Dəhlizi özünün strateji əhəmiyyətini doğrultdu və Azərbaycan qazı Avropaya çatdırıldı.

Trend xəbər verir ki, bu sözləri Rumıniyanın enerji naziri Virgil Daniel Popesku deyib. O bildirib ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu sübuta yetirib və buna görə də Rumıniya enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycanla yaxından əməkdaşlıq edir. Rumıniya Azərbaycan ilə strateji tərəfdaşlıq əlaqələrini artırmaq niyyətindədir.

“Ötən ilin iyununda Avropa İttifaqı ilə Azərbaycan arasında Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji xarakter daşıyan Memorandum imzalandı. Bu sənəd Azərbaycandan ixrac olunan qazın həcminin artırılmasını nəzərdə tutur. Buna əsasən Rumıniya təbii qaz artan tələbatını nəzərə alaraq Azərbaycandan ixrac olunan qazı almaqda maraqlıdır. Rumıniya Azərbaycandan daxil olan qazı digər iki Avropa ölkəsinə də ötürəcək və bunun üçün infrastruktura malikdir və Trans-Balkan kəmərinin tikintisində böyük rol oynayıb”, - deyə nazir qeyd edib.

Diqqətə çatdırıb ki, Ruminiya Azərbaycana etibar edərək addımlar atdı və doğurdan da Azərbaycanın etibarlı tərəfdaşlığına əmin oldu.

Xəbər lenti

Xəbər lenti