...

Tütün məmulatlarına və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələri mərhələli olaraq artırılacaq

İqtisadiyyat Materials 7 Fevral 2023 17:33 (UTC +04:00)
Tütün məmulatlarına və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələri mərhələli olaraq artırılacaq

Bakı. Trend:

Tütün məmulatlarına və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələri mərhələli olaraq artırılacaq.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında sərəncamında deyilir.

Sərəncama əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi altı ay müddətində tütün məmulatlarına və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələrinin beynəlxalq təcrübə, habelə Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələri nəzərə alınmaqla mərhələli olaraq artırılması istiqamətində aidiyyəti qurumlarla birlikdə razılaşdırılmış təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti