...

Azərbaycan Qarabağın "yaşıl bərpası"nda İsrail təcrübəsindən istifadə edir - İnam Kərimov

İqtisadiyyat Materials 13 Fevral 2023 13:58 (UTC +04:00)
Azərbaycan Qarabağın "yaşıl bərpası"nda İsrail təcrübəsindən istifadə edir - İnam Kərimov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qarabağın "yaşıl bərpası"nda İsrail təcrübəsindən istifadə edir.

Trend-in məlumatına görə, bu barədə bu gün kənd təsərrüfatı naziri İnam Kərimov "Kənd Təsərrüfatı və Təhsil" mövzusunda keçirilən Azərbaycan-İsrail İnnovasiya Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan və İsrail arasında əlaqələr yüksək səviyyədədir və tərəflər daha böyük inkişaf potensialına malikdirlər.

"Ötən il İsrailin kənd təsərrüfatı naziri Azərbaycana səfər etdi. Bu səfər kənd təsərrüfatı sahəsində gələcək əlaqələrin və bu sektordakı innovasiyaların inkişafına əlavə təkan verdi. İsrail bu sektorda böyük imkanlara və təcürbəyə malikdir və biz sıx əməkdaşlıq edirik", - İ.Kərimov deyib.

O həmçinin Azərbaycanın işğaldan azad edilmiş torplaqları yaşıl texnologiyalar əsasında bərpa etdiyini və bu sferada İsrailin təcrübəsindən geniş yararlandığını əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti