...

Fevralda qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmi 2 milyonu ötüb

İqtisadiyyat Materials 7 Mart 2023 04:29 (UTC +04:00)

Bakı. Trend:

Bakı Fond Birjasında (BFB) fevral ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 2 milyon 212 min 274,509 manat təşkil edib.

BFB-dən Trend-ə bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət qiymətli kağızların təkrar bazarı üzrə ticarət həcmində 99 faiz, korporativ qiymətli kağızların repo əməliyyatları üzrə isə 43 faiz böyümə qeydə alınıb.

Fevralda son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 3 milyon 888 min 425,158 manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti