Bakı. Trend:
Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı yeni qərarını açıqlayacaq.
Qurumdan Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə açıqlama martın 29-da saat 11:00-da yayımlanacaq.
Qeyd edək ki, Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı sonuncu qərarı fevralın 2-də verib. Qərara əsasən faiz dəhlizinin aşağı həddi - 6.75%, yuxarı həddi - 9.5%, uçot faiz dərəcəsi - 8.5% müəyyənləşdirilib.