Şamaxı. Trend:
Bu günədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə işğaldan azad olunmuş ərazilərdə fəaliyyətlə əlaqədar 1400-dən çox müraciət daxil olub.
Trend bazar ertəsi xəbər verir ki, bu barədə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov "İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi" mövzusunda elmi-praktik konfransda deyib.
"Sənaye, kənd təsərrüfatı, ticarət və xidmətlər sahəsini əhatə edən 73 investisiya layihəsi üzrə işlər artıq başladılıb", - o deyib.
Xatırladaq ki, son 2 il ərzində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dövlət büdcəsindən 6,4 milyard manatdan çox vəsait ayrılıb.
Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərinin bərpası üçün üç milyard manat nəzərdə tutulub.