Bakı. Trend:
2022-ci ildə Azərbaycanın su enerjisinin toplam gücü 51 meqavat olub.
Trend şənbə günü xəbər verir ki, bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) nəşrində deyilir.
Agentliyin məlumatlarına əsasən, bu göstərici 2021-ci illə müqayisədə (48 meqavat) 6,25 faiz, 2020-ci illə müqayisədə (35 meqavat) 45,7 faiz, 2019-cu illə müqayisədə (33 meqavat) isə 54,5 faiz artıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi gücü 1339 meqavat olub. Bu göstərici 2021-ci illə (1316 meqavat) müqayisədə 1,74 faiz artıb.
IRENA-nın məlumatına görə, 2022-ci ildə bərpa olunan enerji mənbələrinin payına dünyanın müəyyən edilmiş enerji gücünün 40 faizi düşüb.
"2022-ci ildə bərpa olunan enerji mənbələrinin gücündə təqribən 295 qiqavat olmaqla bugünədək ən böyük artım müşahidə olunub", - hesabatda deyilir.
(Tərcümə: Rəna Əbdürəhmanova)