...

Bu ilin sonunadək Azərbaycanda kağız sığorta polislərindən tamamilə imtina planlaşdırılır

İqtisadiyyat Materials 2 May 2023 11:32 (UTC +04:00)
Bu ilin sonunadək Azərbaycanda kağız sığorta polislərindən tamamilə imtina planlaşdırılır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin sonunadək Azərbaycanda kağız sığorta polislərindən tamamilə imtina olunacağı planlaşdırılır.

Trend çərşənbə axşamı xəbər verir ki, bunu Azərbaycan İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov deyib.

Onun sözlərinə görə, yaxın iki ay ərzində daşınmaz əmlak üzrə sığortada kağız sığorta polislərindən tamamilə imtina olunacağı planlaşdırılır.

"Digər sığorta növləri üzrə də müvafiq işlər aparılır və 2023-cü ilin sonunadək kağız sığorta polislərindən imtina edə biləcəyik", - o deyib.

R.Əhmədov əlavə edib ki, "Yaşıl kart" sığorta polisləri kağız formada verilməyə davam edəcək.

Xatırladaq ki, 2023-cü il yanvarın 1-nə Azərbaycanda sığorta şirkətlərinin aktivlərinin ümumi həcmi 1,455 milyard manat olub (il ərzində 18,8 faiz artım). Azərbaycanın sığorta şirkətlərinin öhdəliklərinin həcmi 1,027 milyard manata yaxındır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti