...

Sahibkarlıq sahəsində yoxlama zamanı xərclər yoxlayıcı tərəfindən ödəniləcək

İqtisadiyyat Materials 4 May 2023 12:15 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Sahibkarlıq sahəsində yoxlama zamanı yaranan xərclər yoxlayıcı tərəfindən ödəniləcək.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, sahibkarlıq sahəsində yoxlama zamanı götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanılması, tədqiq (sınaq) edilən parametrlərin dəyişməz saxlanılması, daşınması, tədqiqi, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər yoxlayıcı orqan tərəfindən ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti