...

Yoxlayıcının sahibkarı yoxlaya bilməyəcəyi hallar müəyyən edilir

İqtisadiyyat Materials 12 May 2023 13:34 (UTC +04:00)
Yoxlayıcının sahibkarı yoxlaya bilməyəcəyi hallar müəyyən edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Sahibkarlıq sahəsində yoxlama zamanı yoxlayıcının yoxlama apara bilməyəcəyi hallar müəyyən edilir.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisdə bu gün keçirilən iclasında müzakirə edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, yoxlayıcı aşağıdakı hallarda yoxlama apara bilməz:
- yoxlanılan hüquqi şəxsin təsisçisi (iştirakçısı) olduqda;
- yoxlanılan fərdi sahibkarın, hüquqi şəxsin təsisçisinin (iştirakçısının), idarəetmə orqanlarının üzvlərinin (rəhbərinin) yaxın qohumu olduqda.

Bu hallar müəyyən edildikdə, yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın aparılması haqqında qərarda dəyişiklik edilərək yeni yoxlayıcı təyin edilir və həmin qərar sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti