...

4 ayda Azərbaycanın xarici ticarəti 5,1 faiz artaraq 12,2 milyard dollara çatıb

İqtisadiyyat Materials 30 May 2023 14:14 (UTC +04:00)
4 ayda Azərbaycanın xarici ticarəti 5,1 faiz artaraq 12,2 milyard dollara çatıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-mart ayları ərzində xarici ticarət üzrə əməliyyatların həcmi real ifadədə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 12,2 milyard ABŞ dollarına çatıb.

Bu barədə Trend-ə Maliyyə Nazirliyindən məlumat verilib.

Bunun da 8,2 milyard ABŞ dolları ixrac əməliyyatlarının, 4,0 milyard ABŞ dolları isə idxal əməliyyatlarının payına düşür.

Nəticədə xarici ticarət hesabında 4,2 milyard ABŞ dolları həcmində müsbət saldo yaranmışdır. Eyni zamanda, xarici ticarət dövriyyəsində qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 23,2 faiz, real ifadədə 19,2 faiz artaraq 912,2 milyon ABŞ dollarına bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti