...

SOCAR-ın prezidenti “Energy China International” şirkətinin baş vitse-prezidenti ilə görüşüb (FOTO)

İqtisadiyyat Materials 2 İyun 2023 22:14 (UTC +04:00)

Bakı. Trend:

2 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “China Energy International Group Co. Ltd” (Energy China International) şirkətinin baş vitse-prezidenti Xiaodan Lin ilə görüşüb.

SOCAR-dan Trend-ə verilən məlumata görə, görüşdə SOCAR-ın fəaliyyət istiqamətləri, ölkə daxilində və xarici ölkələrdə həyata keçirilən investisiya layihələri, enerji keçidi ilə bağlı uzunmüddətli hədəflər və bərpa olunan enerji sahəsində görülən işlər haqqında məlumat verilib.

“Energy China International” şirkətinin dünyanın müxtəlif ölkələrində yaşıl enerji və aşağı karbonlu enerji sahəsində çoxşaxəli fəaliyyət göstərdiyi və Çinin aparıcı beynəlxalq şirkətlərindən biri olduğu qeyd edilib.

Görüş çərçivəsində bərpa olunan enerji layihələrinin inkişafı, tərəflər arasında təcrübə mübadiləsinin təşkili, texniki və maliyyə cəhətdən rentabelli layihələrin reallaşdırılması və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti