...

Məqsədimiz sahibkarlar üçün bərabər imkanlar yaratmaqdır - Məmməd Abbasbəyli

İqtisadiyyat Materials 22 İyun 2023 13:40 (UTC +04:00)
Məqsədimiz sahibkarlar üçün bərabər imkanlar yaratmaqdır - Məmməd Abbasbəyli
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bizim məqsədimiz sahibkarlar üçün bərabər imkanlar yaratmaqdır. Bərabər imkanı yaradırıqsa, sahibkar da müəyyən addımlar atmalıdır.

Trend xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.

O qeyd edib ki, rəqəmsallaşdırılandan sonra heç bir sahibkar şikayət edə bilməz ki, mənə iştirak imkanı vermədilər.

“Sahibkarın məsuliyyəti olsun, cəsarəti çatsın ki, öz hüququnu qorumağa hazır olsun”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti