Bakı. Trend:
“PAŞA Bank”ın yenilənmiş “Sədərək” şöbəsi istifadəyə verilib.
“Sədərək” ticarət mərkəzinin ərazisində yerləşən yenilənmiş şöbə
kiçik və orta biznes sahibləri üçün kompleks bank xidmətlərini
təqdim edəcək.
Yeni şöbə geniş çeşiddə bank məhsulları o cümlədən kredit, hesab
üzrə əməliyyatları, sənəd və arayışların verilməsi, həmçinin
rəqəmsal həllərin istifadəsində iş adamlarına dəstək olacaqdır.
“PAŞA Bank”ın filial şəbəkəsi haqqında ətraflı məlumat üçün keçid edin: https://pshb.az/filiallar