Bakı. Trend:
2023-cü ilin II rübündə ilkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 3.5 mlrd. dollar olub. Bunun 76%-i 2.7 mlrd. dollar olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Qeyd edək ki, bu məbləğin əsas hissəsini (2.1 mlrd.$) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 2 mlrd. dollar beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (161.6 mln. dollar), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (232.1 mln. dollar) və digər ödənişlər (142.8 mln. dollar) təşkil edib.