...

TDT və FAO bir sıra sənədlər imzalayacaq - Baş katib

İqtisadiyyat Materials 26 Sentyabr 2023 14:31 (UTC +04:00)
TDT və FAO bir sıra sənədlər imzalayacaq - Baş katib
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı (TDT) və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Anlaşma Memorandumu və 2023-2026-cı illər üzrə birgə fəaliyyət planı imzalayacaqlar.

Trend çərşənbə axşamı xəbər verir ki, bu barədə TDT-nin baş katibi Kubanıçbel Omuraliyev Bakıda keçirilən II Türk Dövlətləri Aqrobiznes Forumunda deyib.

Onun sözlərinə görə, bu il TDT katibliyi beynəlxalq ərzaq təşkilatları, xüsusən kənd təsərrüfatı, ərzaq təhlükəsizliyinin artırılması və iqtisadi inkişafın yaxşılaşdırılmasına görə cavabdeh əsas qlobal təşkilat olan FAO ilə sıx tərəfdaşlıq əlaqələri qurub.

O qeyd edib ki, bugünkü nəticələr regionun kənd təsərrüfatı məhsulları, qida sənayesi və texnologiyalarının inkişafı üzrə yüksək potensialını nümayiş etdirir, eləcə də TDT-nin üzv dövlətləri arasında birgə əməkdaşlığın həlledici rolunu göstərir.

Omuraliyev əlavə edib ki, Türk Dövlətləri Aqrobiznes Forumunun kənd təsərrüfatı sektorunda, ilk növbədə təşkilata üzv dövlətlərdə və ayrılıqda bütün region üçün kənd təsərrüfatı sahəsində müsbət dəyişikliklərə səbəb olacağını gözləyir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti