...

“Meta” ilk dəfə səhm başına $0.5 dividend ödəyəcək

İqtisadiyyat Materials 2 Fevral 2024 21:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Meta” 2023-cü ilin dördüncü rübünün maliyyə nəticələrinin dərcindən sonra ilk dividendləri ödəməyi planlaşdırdığını açıqlayıb. Onların ölçüsü hər səhmə görə 0.5 dollar olacaq. Ödəniş 26 mart 2024-cü ildə ediləcək, pulu 22 fevrala qədər səhm alanlar alacaq.

Trend xəbər verir ki, direktorlar şurası “bazar şəraitindən asılı olaraq” rüblük dividendlər ödəmək niyyətindədir. Şirkət həmçinin 50 milyard dollarlıq səhmlərin geri alınması proqramını təsdiqləyib.

Hesabatda deyilir ki, 2023-cü ilin dördüncü rübündə “Meta”nın gəliri illik müqayisədə 25% artaraq 40.1 milyard dollara çatıb. Xalis mənfəət isə üç dəfədən çox artaraq 4.65 milyard dollardan 14 milyard dollara yüksəlib.

Hesabatın açıqlanmasından və dividend elanından sonra “Meta” səhmləri 17% artaraq 462.6 dollara çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti