...

Azərbaycanın sığorta bazarı yanvar ayında nə qədər artıb?

İqtisadiyyat Materials 26 Fevral 2024 14:34 (UTC +04:00)
Azərbaycanın sığorta bazarı yanvar ayında nə qədər artıb?
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yanvar ayında Azərbaycanda sığorta yığımları 5,5% və ya 7,3 milyon manat artaraq 139,1 milyon manata bərabər olub.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ötən ilin yanvar ayında sığorta bazarı üzrə yığımların həcmi 131,8 milyon manat təşkil edib.

Bu dövrdə ümumi sığorta ödənişlərinin həcmi isə 10,3% və ya 3,6 milyon manat artaraq 38,9 milyon manata yüksəlib. 2023-ci ilin yanvar ayında bu rəqəm 35,2 milyon manat olub.

Ötən il sığorta bazarının zərərliyi nisbətən artıb. Belə ki, 2023-ci ilin yanvar ayında sığortaçılar topladıqları hər 100 manatın 26,7 manatını ödənişə yönləndirmişdilərsə, bu ilin ilk ayında bu rəqəm 27,9 manata kimi artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti