...

Dövlət maliyyəsinin idarə edilməsində ümumi nöqsan məbləği açıqlandı

İqtisadiyyat Materials 19 Aprel 2024 12:15 (UTC +04:00)
Dövlət maliyyəsinin idarə edilməsində ümumi nöqsan məbləği açıqlandı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Audit və analitik fəaliyyət üzrə dövlət maliyyəsinin idarəedilməsində ümumi nöqsan məbləği 1 milyard 971,9 mln. manat müəyyən edilib.

Trend-in məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.

O bildirib ki, ümumi nöqsan məbləğini bir neçə qrupda təsnifləşdirmək olar.

“İlk qrup büdcə zərərdir. Hesablama Palatasının Kollegiyası tərəfindən büdcəyə zərərin 103,2 mln. manat olduğu hesablanıb. Bu məbləğ - artıq və əsassız xərclər, görülməmiş iş və xidmətlər, alınmamış mallar, hesablanmamış və ödənilməmiş vergilər, ilkin təsdiqedici xərc sənədlərinin saxtalaşdırılması, dövlət satınalmalarındakı müxtəlif xarakterli qanunsuzluqlar və büdcə vəsaitlərinin düzgün idarə edilməməsindən ibarətdir.

Nəzarət tədbirləri ilə büdcəyə zərərdən əlavə, digər maliyyə pozuntuları da qeydə alınıb ki, bu pozuntuların məbləği 459,3 mln. manata bərabər olub. Bu məbləğə VBT-yə əməl olunmaması, satınalma prosedurlarının tətbiq edilməməsi, mal və xidmət alışının orta bazar qiymətindən baha əldə edilməsi nəticəsində dövlət vəsaitinə qənaət olunmaması, ilin sonunda qalığın büdcəyə silinməməsi və s. pozuntular aid edilib.

Növbəti (3-cü) qrup maliyyə hesabatlarındakı təhriflərlə bağlıdır ki, bu da 1252,5 mln. manat həcmindədir.
Sonuncu qrupa səmərəsiz xərcləri aid etmişik. Hazırda ölkə qanunvericiliyində bu anlayışa rast gəlinmir. Biz beynəlxalq təcrübəyə istinad etməklə səmərəsiz xərcləri hesablamağa çalışmışıq. Başa çatdırılmış auditlərlə əhatə olunan qurumlar tərəfindən ümumilikdə 156,8 mln. manat məbləğində səmərəsiz xərclərə yol verildiyi müəyyən edilib. Bu, qurumun fəaliyyətinin nəticəsi, iqtisadi qənaətliliyi və vəsaitlərin effektiv idarəedilməsi ilə bağlıdır”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti