Bakı. Trend:
Filiallarının transformasiyası layihəsini uğurla davam etdirən ABB Göygöl filialını da yeniləyib. Göygöl filialı ABB-nin brend kimliyinə, müasir inkişaf konseptinə uyğunlaşdırılmış yeni binada fəaliyyətə başlayıb.
Filial Göygöl şəhəri, Heydər Əliyev prospekti 89A ünvanında xidmət göstərir. Bizneslərin, eləcə də, fərdi müştərilərin maliyyə xidmətlərinə olan bütün ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb.
Müştərilər Göygöl filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.