...

Altı ayda kafe və restoranlardan əldə olunan gəlirin məbləği açıqlanıb

İqtisadiyyat Materials 10 Avqust 2024 15:44 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yanvar-iyun aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,8% artaraq 708,1 milyon manat olub.

Bu barədə Trend-ə Bakı şəhər Statistika İdarəsindən bildirilib.

Qeyd edilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 422,9 milyon manat olub ki, bu da ümumi dövriyyənin 59,7%-ni təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,8% artaraq 1 milyard 30 milyon manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti