...

Azərbaycana 7 ayda 500 min tona yaxın buğda idxal edildi

İqtisadiyyat Materials 16 Avqust 2024 13:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana 102 milyon 620 min ABŞ dolları dəyərində 460 min 645 ton buğda idxal edilib.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 20% və ya 117,4 min ton, məbləğ baxımından isə 37.7% və ya 62 mln. ABŞ dolları azdır.

Xatırladaq ki, cari ilin yanvar-iyul aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 0.95%-nə bərabər olub.

Qeyd edək ki, hesabat dövründə ölkəyə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti, ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.7% azalaraq 222.8 ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti