Bakı. Trend:
Sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə SOCAR və Macarıstanın "MOL" şirkəti arasında Azərbaycan qurusunda “Şamaxı-Qobustan yataqlarında kəşfiyyat, işlənmə və hasilat haqqında” anlaşma memorandumu imzalanıb.
Trend bu barədə SOCAR-a istinadən xəbər verir.
Anlaşma memorandumuna əsasən, tərəflər Azərbaycanda karbohidrogen hasilatının daha da artırılması istiqamətində əməkdaşlıq edəcəklər.
Sənədi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və "MOL" şirkətinin sədri və baş icraçı direktoru Qernadi Jolt imzalayıblar.