...

Azərbaycan və Qazaxıstan maliyyə ilə bağlı memorandum imzaladı

İqtisadiyyat Materials 23 Sentyabr 2024 13:58 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan maliyyə ilə bağlı memorandum imzaladı
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Astana Maliyyə Xidmətləri Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, memorandum qurumlar arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasına, əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, eyni zamanda maliyyə bazarlarının təhlükəsiz fəaliyyətinin təşviqinə və məlumat mübadiləsinin genişləndirilməsinə töhfə verəcək.

Anlaşma Memorandumu çərçivəsində qurumlar arasında təcrübə və məlumat mübadiləsinin aparılması, eləcə də qarşılıqlı səfərlərin təşkilinin həyata keçirilməsi də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti