...

Yaxın illərdə Xəzər regionu üçün "yaşıl" enerjiyə keçid əsas olacaq - CPC prezidenti

İqtisadiyyat Materials 25 Sentyabr 2024 23:09 (UTC +04:00)
Yaxın illərdə Xəzər regionu üçün "yaşıl" enerjiyə keçid əsas olacaq - CPC prezidenti
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın illərdə "yaşıl" enerjiyə keçid Xəzər regionu üçün kritik əhəmiyyət kəsb edəcək.

Trend xəbər verir ki, bu barədə Nyu-Yorkda keçirilən beşinci illik Xəzər Biznes Forumunda "Caspian Policy Center" (CPC) Mərkəzinin (CPC) prezidenti Efqan Nifti deyib.

CPC prezidenti Orta Dəhliz kimi layihələr vasitəsilə regionda nəqliyyat əlaqələrinin artan əhəmiyyətini, eləcə də Xəzər regionunun karbohidrogen və ya bərpa olunan enerji mənbələri kimi dünyanı enerji ilə təmin etmək qabiliyyətini vurğulayıb.

E.Nifti yaşıl enerjiyə keçid tendensiyalarını müzakirə edib:

"Azərbaycanın bu ilin noyabrında COP29-a ev sahibliyi etməsi ilə daha aydın olur ki, yaxın illərdə Xəzər regionu üçün yaşıl enerjiyə keçid əsas olacaq".

E.Nifti qeyd edib ki, bu dəyişikliklər regional əməkdaşlığı gücləndirməyə imkan verir və əvvəllər qeyri-mümkün görünən gəlirli biznes imkanlarını açır.

Xəbər lenti

Xəbər lenti