...

Ziraat Bank Azərbaycanın İdarə Heyətinə yeni üzv təyin olunub

İqtisadiyyat Materials 8 Oktyabr 2024 12:30 (UTC +04:00)
Ziraat Bank Azərbaycanın İdarə Heyətinə yeni üzv təyin olunub

Bakı. Trend:

Dünyanın 19 ölkəsində fəaliyyət göstərən “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsi olan “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinə yeni üzv təyin olunub.

Ömer Yılmaz bank karyerasındakı fəaliyyətinə 2006-ci ildə T.C. Ziraat Bankasında kiçik mütəxəssis kimi başlayıb. İş dövrü ərzində T.C. Ziraat Bankası A.Ş.-nin bir çox mühüm filiallarında müdir vəzifəsində çalışan Yılmaz zəngin bank təcrübəsinə malikdir.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 9 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti