...

Azərbaycan və Türkiyə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib

İqtisadiyyat Materials 26 Oktyabr 2024 18:34 (UTC +04:00)
Azərbaycan və Türkiyə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulda Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiyalar və İnnovasiyalar Nazirlərinin 1-ci Toplantısı çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır ilə görüşüb.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub. İqtisadi tərəfdaşlığın genişləndirilməsi üçün qarşılıqlı investisiya qoyuluşu, sənaye və texnologiya sahələrində təcrübə mübadiləsi, eləcə də digər istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi imkanları qeyd edilib. Ölkələrimizin iqtisadi birliyini gücləndirmək, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı dəstəkləmək və Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi arasında əlaqələri genişləndirmək üçün mövcud imkanlardan istifadənin vacibliyi vurğulanıb.

Tərəflər iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, türk iş adamlarının Azərbaycanda həyata keçirilən yeni layihələrdə iştirakı, sənaye parkları və məhəllələrinə investisiya yatırılması barədə fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti