...

Bakı, Yevlax və Abşeronda məcburi köçkün qəsəbələrindəki evlər təmir olunacaq

İqtisadiyyat Materials 1 Noyabr 2024 16:53 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı, Yevlax şəhərləri və Abşeron rayonu ərazisində salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evləri təmir olunacaq.

Trend-in dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin nəzdində Mənzil İstismar Departamenti hazırlıqlara başlayıb.

Belə ki, qeyd olunan ərazilər üzrə salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin, mənzillərin, qəsəbədaxili asfalt yolların, dam örtüklərinin və pilləkən qəfəsinin təmiri işləri həyata keçiriləcək.

Qurum sözügedən işlərin icrasının 719.362,60 AZN-ə (719 min 362 manat 60 qəpik) başa gələcəyini ehtimal edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti