...

Ordubadın 8 kəndinin su və kanalizasiya sistemləri yaxşılaşdırılacaq

İqtisadiyyat Materials 2 Dekabr 2024 10:45 (UTC +04:00)
Ordubadın 8 kəndinin su və kanalizasiya sistemləri yaxşılaşdırılacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ordubad rayonunun 8 kəndində su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması ilə bağlı işlərə başlanılır.

Trend-in dövlət satınalmalarının vahid internet portalından əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Su Meliorasiya Xidməti hazırlıqlara başlayıb.

Belə ki, rayonun Vənənd, Dəstə, Xanağa, Ağrı, Dizə, Vələver, Başkənd və Qoruqlar kəndlərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması işləri həyata keçiriləcək.

Qurum sözügedən işlərin icrasını "Hinal Proje" MMC-yə həvalə edib. Bunun qarşılığında şirkətə 66 080 manat ödəniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti