...

Mərkəzi Bankın emissiya etdiyi notların həcmi ötən il 6.5 dəfə azalıb - AMB

İqtisadiyyat Materials 22 Yanvar 2025 10:14 (UTC +04:00)
Mərkəzi Bankın emissiya etdiyi notların həcmi ötən il 6.5 dəfə azalıb - AMB
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Mərkəzi Bank hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq 2024-cü ildə sterilizasiya əməliyyatlarının həcmini kəskin azaldıb.

Bu barədə Trend tənzimləyici quruma istinadən xəbər verir.

Bildirilib ki, Mərkəzi Bankın emissiya etdiyi notların həcmi ötən il 6.5 dəfə azalıb:

"2024-cü ilin dekabr ayında isə büdcə xərclərinin icrası pul bazasının 1.7% artımına səbəb olmuşdur. Bu orta günlük 1D AZIR indeksinin yanvarın ötən dövründə dekabrla müqayisədə 1.29 faiz bəndi düşərək 6.39% təşkil etməsini şərtləndirmişdir. Təminatsız bazarda aktivlik davam edir. Təminatsız pul bazarında baş tutan orta günlük əməliyyatların həcmi 2024-cü ilin dekabr ayında 627.3 mln. manat, cari ilin yanvar ayının ötən dövründə isə 290 mln. manat olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti