Bakı. Trend:
Sistem əhəmiyyətli banklarla bağlı biz hazırda qaydalara yenidən baxırıq.
Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
"Biz indi aidiyyəti qurumlarla razılaşdırma mərhələsindəyik. Biz onu təsdiq etdikdən sonra açıqlayacağıq. Çox güman ki, 2025-ci il ərzində sistem əhəmiyyətli bankların parametrlərini, adlarını açıqlayacağıq. Siz hər il biləcəksiniz ki, bu ilin nəticələrinə əsasən sistem əhəmiyyətli banklar hansılardır və qaydalar nələrdir. Yəni artıq sənəd bizim tərəfimizdən hazırdır, aidiyyəti qurumlarla razılaşdırma prosesindədir", - deyə sədr bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.