Sahibkarlıq sahəsində həyata keçirilən yoxlamaların dayandırılmasının müddəti uzadılır.
Trend xəbər verir ki, bununla bağı məsələ bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2026-cı il yanvarın 1-dək uzadılır.
Qeyd edək ki, əvvəl bu müddət 2025-ci il yanvarın 1-dək nəzərdə tutulmuşdu.